AMEA Naxçıvan Bölməsi

ED 1.13 Dissertasiya Şurası

   Dissertasiya Şurası AMEA Naxçıvan Bölməsində 2006-cı ildən bəri fəaliyyət göstərir. Şura öncələr FD. 01.211 şifri ilə fəaliyyət göstərmiş, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrinə əsasən AMEA Naxçıvan Bölməsi nəzdində D.01.211 Dissertasiya Şurası yaradılmışdır. 2019-cu ilə qədər həmin şuraya “Vətən tarixi – 5503.02”, “Arxeologiya – 5505.02” və “Müəssisələrin təşkili və idarə olunması – 5311.01” ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək səlahiyyəti verilmişdi.

   Dissertasiya Şurasında indiyədək 84 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. Bu dissertasiyalarından 26-sı “Vətən tarixi”, 5-i “Arxeologiya, 6-sı “Ümumi tarix”, 1-i “İxtisaslaşdırılmış tarix”, 2-si “Elm və texnikanın tarixi”, 16-sı “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi”, 5-i “Sahə iqtisadiyyatı”, 3-ü “İqtisadi nəzəriyyə”, 1-i “Daxili fiskal siyasət və dövlət maliyyəsi”, 1-i “İqtisadi fəaliyyət növləri”, 3-ü “Ümumi iqtisadiyyat”, 14-ü isə “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə müdafiə edilmişdir. 16 nəfər iddiaçı isə elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, bunlardan 12-si “Vətən tarixi”, 1-i “Ümumi tarix”, 2-si “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi”, 1-i isə “Sahə iqtisadiyyatı” ixtisası üzrə olmuşdur.

   Hazırda AMEA Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən ED 1.13 Dissertasiya Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 01 noyabr 2019-cu il tarixli F-78 nömrəli əmrinə əsasən yaradılmış, həmin şuraya “Vətən tarixi – 5503.02” və “Arxeologiya – 5505.02” ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək səlahiyyəti verilmişdir. Lakin qlobal pandemiya səbəbindən müdafiələrin təşkil olunması hələlik mümkün olmamışdır.

ED 1.13 Dissertasiya Şurasının tərkibi:

 

1
İsmayıl Muxtar oğlu Hacıyev
(sədr)
AMEA-nın həqiqi üzvü,
tarix elmləri doktoru, professor
5503.02

2
Hacıfəxrəddin Yəhya oğlu Səfərli
(sədr müavini)
AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru, professor
5503.02

3
Emin Arif oğlu Şıxəliyev
(elmi katib)
tarix üzrə fəlsəfə doktoru, dosent
5503.02

4
Vəli Baxşəli oğlu Baxşəliyev
AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru, professor
5505.02

5
-----

6
Qüdrət Seyfulla oğlu İsmayılzadə
tarix elmləri doktoru, professor
5505.02

7
Oqtay Balaqədəş oğlu Sultanov
tarix elmləri doktoru, professor
5503.02

8
Abbas Qadir oğlu Seyidov
tarix elmləri doktoru, professor
5505.02

9
Arif Məhəmməd oğlu Məmmədov
tarix elmləri doktoru, professor
5505.02

10
Fəxrəddin Adil oğlu Cəfərov
tarix elmləri doktoru, professor
5503.02

11
Zeynəb Kərim qızı Quliyeva
tarix üzrə fəlsəfə doktoru, dosent
5505.02

 

 

AMEA Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında (hətta onun əsasında yaradılmış Birdəfəlik Dissertasiya Şurası da daxil olmaqla)