AMEA Naxçıvan Bölməsi

Namiq Kamal oğlu Abbasov



Anadan olduğu yer
Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Külüs kəndi

Təvəllüdü
08.05.1972

Bitirdiyi ali təhsil müəssisəsi
Naxçıvan Dövlət Universiteti

Elmi dərəcəsi və elmi adı
Biologiya üzrə fəlsəfə doktoru, dosent

Namizədlik dissertasiyasının mövzusu:
  • ixtisas şifri
  • ixtisasın adı
  • mövzunun adı



2417.01
Botanika
Naxçıvan Muxtar Respublikasının yay otlaqlarının paxlalı yem bitkiəri, onların bioekoloji, fitosenoloji xüsusiyyətləri və məhsuldarlığı

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

50

xaricdə çıxmış elmi əsərlərinin sayı

8

beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

5

Əsas elmi nailiyyətləri

   Tədqiqatlar nəticəsində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının yay otlaqlarında yayılmış paxlalı yem bitkilərinin Maqnoliyalılar şöbəsinin, ikiləpəlilər sinfinin, paxlalılar sırasının, paxlalıkimilər fəsiləsinin 23 cinsinə aid olan 105 növlə təmsil olunduğu müəyyən edilmiş və sistematik icmalı tərtib edilmişdir. Regionun yay otlaqlarında, biçənəklərində flora və bitkiliyin formalaşmasında paxlalı yem bitkilərinin rolu, bioekoloji, fitosenoloji xüsusiyyətləri öyrənilmişdir. Yay otlaqlarında paxlalı yem bitkilərinin ekobiomorfoloji, fitocoğrafi təhlili aparılmış, nadir, endemik, relikt və məhvolma təhlükəsində olan növləri dəqiqləşdirilmiş və məhsuldarlığı öyrənilmişdir. Tədqiqat zamanı yay otlaqlarında yayılması göstərilməyən 10 növ paxlalı yem bitkisinin yeni yayılma arealı aşkar edilmiş, onların yay otlaqları üçün yeni olan bitki senozları təsvir olunmuşdur. İlk dəfə olaraq yay otlaqlarının subalp çəmən və bozqırlarında, alp çəmənlərində, alp xalılarında bitkiliyin müasir fitosenoloji təsnifatı verilmiş, 5 tip, 5 yarımtip, 27 formasiya sinfi, 64 formasiya və 85 assosiasiya müəyyən edilmişdir. 7 formasiya və 11 assosiasiya Naxçıvan MR bitkiliyi üçün yeni göstərilmişdir. Tədqiq olunan yay otlaqla¬rının təbii və antropogen təsirlərə məruz qalan yaylaqları müəyyən edilmiş, onların bərpası, yaxşılaşdırılması, məhsuldarlığının artırılması, mühafizəsi üçün müvafiq təklif və tövsiyyələr hazırlanmışdır. Regionun 5 rayonunda mövcud olan 69 yay otlağının eksperimental tədqiqat üsulları ilə məhsuldarlığı öyrənilmiş, rayonlar üzrə yay otlaqlarının xəritə sxemi verilmişdir.


Elmi əsərlərinin adları
  1. Abbasov. N. Leguminous forage plants of summer pastures of the Naxçıvan Autonomous Republic of Azerbaijan. International Multidisciplinary E-Journal. İSSN 2277-4262. VOL-III, Issue-VIII, AUG, 2014, PDF 7, pp.52- 58
  2. Aббасов Н.К. Биоэкологические особенности кормовых бо¬бовых растений на летних пастбищах Нахчыванской Автономной Республики Азербайджана. Materaly IX Miedzynarodwey naukowi-praktycney konferencji «Dynamika naukowych badan-2013» Volume 10. Medycyna. Nauk biologicznch.: Przemysl. Nauka i studia, str. 67-72
  3. Аббасов Н.К. Кормовые бобовые растения летних пастбищ Нахчыванской автономной республики Азербайджана. Политема¬тический сетевой электронный научный журнал Кубанского государственного аграрного университета (Научный журнал КубГАУ) [Электронный ресурс]. – Краснодар: КубГАУ, 2013. №09 (093http://ej.kubagro.ru/2013/09/pdf/20.pdf, 0,688 у.п.л.)
  4. Аббасов Н.К., Набиева Ф.Х., Ибрагимов А.Ш. Кормовые ре¬сурсы летних пастбищ Нахчыванской Автономной Республики. Министерство Сельского Хозяйства Российской Федерации. Дeпартамент Научно-Технологической Политки и Образования Международный Технико-Экономический Журнал, Москва, 2012, № 2, с. 93-98
  5. Scorzonera gorovaniсa Nazarova (Asteraceae)-новый вид для флоры Нахичеванской Автономной республики. Ботанический журнал. Санкт-Петербург. Наука, 2019, том 104, № 5, с. 153–156
  6. Abbasov N.K., İbrahimov Ə.Ş., Naxçıvan Muxtar Respublikası Florasında Oxytropis DC. cinsinə daxil olan növlərin bioekoloji xüsu¬siyyətləri // AMEA Botanika Institutu. “Faydalı bitkilərdən istifadənin aktual problemləri” mövzusunda Beynəlxalq Konfransın materialları, 26-28 oktyabr 2011, Bakı : Elm, 2011, s. 72-76
  7. Abbasov N.K. Naxçıvan Muxtar Respublikasının yay otlaqların¬da Onobrychis Hill cinsinə daxil olan növlərin biomorfoloji xüsusiy¬yətləri və yem əhəmiyyəti // AMEA Naxçıvan Bölməsi Xəbərlər. Tə¬biət və texniki elmləri seriyası, Naxçıvan : Tusi, 2011, №2, s.179-184
  8. Аббасов Н.К. Naxçıvan Muxtar Respublikasının yay otlaqlarının yem əhəmiyyətli paxladən (Astragalus L.) növləri// Azərbaycan Respublikası Təhsil nazirliyi, NDU-nun Elmi əsərləri, Təbiət elmləri və tibb seriyası, Naxçıvan: 2013, № 1(49), s. 81-85

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Azərbaycan Botaniklər cəmiyyətinin üzvü

Pedaqoji fəaliyyəti
  1. Külüs kənd orta məktəbində müəllim - 1997-2009;
  2. Naxçıvan Dövlət Universitetində müəllim – 2018-ci ildən.

Təltif və mükafatları
 

Əsas iş yeri və ünvanı
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu
Az 7000 Naxçıvan şəhəri, Babək k, 10

Vəzifəsi
Bitki sistematikasi şöbəsinin müdiri

Mobil tel.
(+994 50) 571 03 53

Xidməti tel
 

E-poçt
namiq-araz@mail.ru