AMEA Naxçıvan Bölməsi

Təbii Ehtiyatlar İnstitutu



   AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixdə imzaladığı müvafiq Sərəncama əsasən yaradılmışdır. Doqquz elmi şöbənin fəaliyyət göstərdiyi institutda 1 nəfər AMЕA-nın müxbir üzvü, 1 elmlər doktoru və 10 fəlsəfə doktoru, ümumilikdə 12 əməkdaş еlmi tədqiqatla məşğuldur. Onlardan 6 nəfərin dosent elmi adı vardır.

 

Direktor
Əliyev Tofiq Abbasəli oğlu
AMEA-nın müxbir üzvü, professor

Direktor müavinləri
Rzayev Bayram Zülfüqar oğlu
Kimya üzrə elmlər doktoru
Xəlilov İlyas Ədalət oğlu

Elmi katib
Əhməd Məmməd oğlu Qarayev
Kimya üzrə fəlsəfə doktoru, dosent

Əsas fəaliyyət istiqamətləri
   Naxçıvan Muxtar Respublika ərazisindəki təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi, seysmoloji tədqiqatlar, sosial-iqtisadi infrastrukturlarının yerləşmə qanunauyğunliqlarının araşdırılması. Təbii sərvətlərin axtarışının və kompleks emalının elmi, iqtisadi əsaslarının işlənib hazırlanması, regionun coğrafi şəraitinin və potensial enerji mənbələrinin öyrənilməsi.

Əsas elmi nəticələr

   Yerli xammal əsasında qurğuşun konsentratını H2O2 ilə oksidləşdirməklə alınan PbSO4 qatı NaCI məhlulu ilə həll edilərək 98,5% çıxımla məhlula keçirilmiş, alınan PbSO4∙NaCI kompleksi NaBH4-lə reduksiya edilməklə 98,66% çıxımla 98,9 təmizlik dərəcəli metal qurğuşun alınmışdır. Su və reaksiyalarda Ag3AsS3 və AgAsS2 tərkibli birləşmələr alınmış, RFA metodu ilə bu birləşmələrin fərdiliyi təsdiq edilmiş, DTA ilə birləşmələrinin ərimə temperaturları (4950C və 4270C) müəyyən edilmişdir Darıdağ arsen və sürmə filizlərinin kimyəvi və termoqrafik analizləri aparılmış, filizdə arsen və sürmə sulfidlərin miqdarının 50%-dən yuxarı olduğu müəyyən edimişdir. Arsen və sürmə filizlərinin müxtəlif qatılıqlı natrium sulfid nə natrium hidroksid məhlulunda həllolması zamanı müəyyən olmuşdur ki, hissəciklərin ölçüsü 0,12-0,105 mm, filizdəki sulfidlərin natrim sulfidə nisbəti 1:2, temperatur 353-363 K, bərkin mayeyə nisbəti 1:6-8, prosesin aparlma müddəti20-25 dəqiqə olduqda arsen sulfidin həlloması 95,5%, sürmə sufidin həllolması isə 97,5% olur. In2Se3 birləşməsinin alınma şəraiti öyrənilmiş, birləşmənin fiziki-kimyəvi parametrləri müəyyənləşdirilmişdir. VP-1P, AN-1 anionitləri və qalay oksihidratla molibdat ionlarının sorbsiyası, tributilfosfatla isə ekstraksiya şəraiti, KU-2x8 kationiti, Mg və Ca-un fosfatları ilə mis, sink və qurğuşun ionlarının sorbsiyası öyrənilmiş, proseslərin tarazlıq, kinetik və termodinamik parametrləri hesablanmış, sorbsiya izotermlərini ödəyən hesablama tənlikləri təklif edilmişdir. Üzvi ionitlərlə dinamik çıxış əyrilərinin Q. Yelkinin təklif etdiyi və asimptotik tənliklə adekvat yazılmasının mümkünlüyü müəyyən edilmiş, kafi nəticələr alınmışdır. Yeni təbii alümosilikat sistemlər təklif olunmuş kaolinit-antiqorit, kaolinit-dolomit, kaolinit-antiqorit-obsidian, qalluazit-dolomit, qalluazit-obsidian, qalluazit-antiqorit və s., onlar əsasında Mg-tərkibli susuz alümosilikatlar, praktiki əhəmiyyətli Na,Mg-forma seolitlər–fojazit, şabazit, mordenit, offretit, ferrerit, A, dakiardit sintez olunmuşdur.. Ilk dəfə olaraq kaolinit-antiqorit sistemində bərk faza reaksiyasından alınmış Mg-alümosilikatdan Na,Mg-forma amisit seoliti, kaolinit-dolomit sistemində Ca-skapolit və metakaolindən nadir seolit NaF sintez olunmuşdur.PbS nazik təbəqəsi üçün spektroskopik ellipsometriya ölçmələrinə əsasən kompleks dielektrik funksiyasının həqiqi və xəyali hissələri üçün alınmış asılılıqlardan E-bohran enerji qiymətləri “Graphical analysis” proqramı ilə təyin edilmişdir. Kimyəvi çökdürmə yolu ilə alınmış CdS nazik təbəqəsinin elektrolit məhlulundan ion mübadiləsi yolu ilə CdTe-a transformasiyası.Ellipsometrik ölçmələrdən PbS nazik təbəqəsinin kritik nöqtələrinin təyin edilmisdirir. Transformasiya prosesi nəticəsində alınmış CdS/CdTe heterokeçidində CdTe təbəqəsini EDTA (Trilon B) vasitəsilə qismən və bütünlüklə çevirməklə və alınmış Te təbəqəsini NaBH4-də həll etməklə heterokeçidə uyğun olaraq CdTe və CdS komponentlərinin qalınlıqlarının tənzimlənməsi məsələsi araşdırılmış və öz müsbət həllini tapmışdır Araşdırmalara Culfa və Şahbuz rayonlarında günəş və külək enerjilərinin araşdırılması davam etdirilmiş, bu rayonlarında quraşdırılacaq günəş və külək enerji qurğularının yerlərinin müəyyənləşdirilməsi işləri aparılmışdır. Araşdırmalara əsasən Şahbuz və Culfa rayonlarının hər birinin fərqli mikro iqlimə malik olduğu müəyyən edilmiş və bu rayonlarda yarana biləcək ekoloji problemlərin həlli məsələləri öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı amilləri araşdırılmış, əmək ehtiyatlarından düzgün istifadə edilməklə əhalinin maddi təminat potensialının artırılması yolları təhlil edilmişdir. Muxtar respublikada iqtisadiyyatın sahə strukturunda yer alan istiqamətlərin davamlı inkişafı burada stimullaşdırıcı mexanizmlərin işlək vəziyyətə gətirilməsi nəticəsində mümkün olmuşdur. Əsasən ucqar dağ kəndlərində infrastruktur potensialının gücləndirilməsi, məhsul istehsalçılarına texniki və maliyyə yardımlarının intensiv hal alması. məhsul və vaxt itkisini önləyə biləcək tədbirlərin vaxtında həyata keçirilməsi və s. kimi tədbirlər iqtisadi inkişafa əhəmiyyətli dəstək olmaqla yanaşı, həm də iqtisadiyyatda səmərəli məşğulluq səviyyəsinin yüksəlməsinə də təkan olmuşdur. Babək rayonu üzrə öyrənilən su mənbələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin müqayisəli analizi nəticəsində hündürlükdən asılı olaraq sulardakı mineral komponentlərin miqdarları arasında korrelyasiya aşkarlanmışdır.


Elmi şura:
  • sədr
  • katib
  • üzvlər
 
  • Əliyev Tofiq Abbasəli oğlu
  • Qarayev Əhməd Məmməd oğlu
  • Rzayev Bayram Zülfüqar oğlu
  • Hüseynəliyev Məmməd Hüseynəli oğlu
  • Hüseynov Qorxmaz Mansur oğlu
  • Məmmədova Günel Aslan qızı
  • Hacıyev Sahib Əsgər oğlu
  • Məmmədova Fizzə Sadıx qızı
  • İbrahimov Eltun Yulət oğlu

Ünvan
AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 35

Tel.
(+994 36) 544 69 80

E-poçt
tofig_aliyev@yahoo.com