AMEA Naxçıvan Bölməsi

Səma cisimlərinin fotometriyası şöbəsi



Şöbə müdiri
Azad Hidayət oğlu Məmmədli
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

Elmi işçi
Ülvü Səyyad oğlu Vəliyev

Kiçik elmi işçi
Türkan Müseyib qızı Məmmədova

Böyük laborant
Faidə Surxay qızı Hüseynova

Əsas fəaliyyət istiqamətləri
Səma cisimlərinin fotometrik müşahidələri və tədqiqi;
Göy mexanikası.

Əsas elmi nəticələri
  1. Prosion ulduzunun yüksəkdispersiyalı rəqəmsal spektrində 120-yə qədər zəif və orta Fraunhofer xəttinin spektrofotometrik xüsusiyyətləri müəyyən edilmişdir;
  2. Prosion ulduzunun atmosferində mikroturbulent hərəkət sürətinin (2.3±0.5) km/san olduğu təyin edilmişdir;
  3. Göstərilmişdir ki, sınaq ulduzunun heliosentrik məsafəsi 50-100 astronomik vahidədək, kütləsi isə 1-5 Günəş kütləsi qədər dəyişdikdə, orbit parametrlərinin böhran qiymətində Günəş sistemi planetləri ya ulduzun peykinə çevrilər, ya da Günəş sistemi hüdudlarını tərk edər.