AMEA Naxçıvan Bölməsi

Səma cisimlərinin mövqe müşahidələri şöbəsi




Kiçik elmi işçi
Vəfa Əjdər qızı Qafarova
Türkanə Mirzəli qızı Əliyeva

Böyük laborant
Vəli Qiyas oğlu Səfərov

Aparıcı elektronçu
Ağəli Əli oğlu Həsənov

Əsas fəaliyyət istiqamətləri

Günəş - Yer əlaqələri, Günəş sistemi cisimlərinin tədqiqi, Günəş fizikası


Əsas elmi nəticələri
  1. Günəşdəki irimiqyaslı maqnit sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslər Günəşdəki maqnit sahələrinin qeyri-simmetrik xüsusiyyətləri ilə bağlıdır;
  2. Günəş spikullarının dispersiyaya meyli dövrü olaraq dəyişir və bu dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır;
  3. Müəyyən edilmişdir ki, uzundövrlü kometlərin bir qrupunun mənbəyi Koyper-Ecevort qurşağı ola bilər;
  4. Uzunperiodlu kometlərin perihelilərinin ən yüksək konsentrasiyası ekliptika müstəvisinə perpendikulyar müstəvi ətrafında mövcuddur;
  5. Günəş sisteminin 55 a.v., 110 a.v., 80 a.v. və 170 a.v. məsafələrində ən azı dörd planet cisminin olması ehtimalı vardır.