AMEA Naxçıvan Bölməsi

Biokimyəvi tədqiqatlar laboratoriyası



Laboratoriya rəhbəri
Surə Əli qızı Rəhimova
Biologiya üzrə fəlsəfə doktoru

Aparıcı elmi işçi
Aydın Əli oğlu Qənbərli
Biologiya üzrə fəlsəfə doktoru

Laborant
Cəfər Arif oğlu Nəsirov

Dərman bit. üzrə mütəxəssis
Ağamməd Saleh oğlu Cəfərov

Əsas fəaliyyət istiqamətləri

   Naxçıvan MR ərazisində yayılmış bitkilərin fitokimyəvi analizlərinin aparılması, öyrənilən maddələrin kimyəvi quruluş və tərkiblərinin araşdırılması, bəzi bioloji aktivliklərin tədqiqi və istifadə perspektivlərinin müəyyənləşdilməsi


Əsas elmi nəticələri

   Ajuga, Lamium, Leonurus, Marrubium, Melissa, Mentha, Nepeta, Salvia, Scutellaria, Stachys, Thymus, Ziziphora və Rosa cinslərinin bəzi növlərindən alınmış suda həllolan polikarbohidratların və pektin maddələrinin fitokimyəvi tərkibi, quruluş xüsusiyyətləri və analitik özəllikləri müəyyənləşdirilmişdir. Bitki mənşəli polifenol komplekslərinin tədqiqi, onların fitokimyəvi tərkibinin müəyyən edilməsi, bitkilərdən alınmış ekstraktların və fərdi birləşmələrin antioksidant aktivliklərinin (ümumi antioksidant və antiradikal aktivlik, reduksiyaedici gücü və xelatlama effekti) təyini, flavonoidlərin antioksidant aktivliklərinin kimyəvi quruluşlarından asılılığının tədqiq edilmişdir.