AMEA Naxçıvan Bölməsi

Xalçaşünaslıq sektoru



   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına uyğun olaraq AMEA-nın Naxçıvan Bölməsinin tərkibində “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu yaradılıb. Qrup 1 noyabr 2018-ci ildən fəaliyyətə başlayıb.

 

Qrupun rəhbəri (Aparıcı elmi işçi)
Sara Adil qızı Hacıyeva
tarix üzrə fəlsəfə doktoru, dosent

Əsas fəaliyyət istiqamətləri

Azərbaycanın qədim ərazilərindən olan Naxçıvanın qədim tarixə və zəngin ənənələrə malik xalçaçılıq sənətinin hərtərəfli və sistemli şəkildə araşdırılması.

  1. Naxçıvan xalçalarının tədqiqi ilə əlaqədar çöl və ədəbiyyat materiallarının toplanması və sistemləşdirilməsi;
  2. Naxçıvanda xalçaçılıq sənətinin inkişaf tarixinin tədqiq edilməsi.

Əsas elmi nəticələri
  1. 1.Hacıfəxrəddin Səfərli, Sara Hacıyeva. Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə. Naxçıvan: Əcəmi, 2019. 104 s.